FİFA referimiz "Fiorentina"nın oyununda

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə UEFA-dan növbəti təyinat gəlib. 

Sportline.az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. 

Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək. 

Avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.