FİFA reytinqi: Milli komandamız xeyli irəlilədi
FİFA milli komandaların yeni reytinqini açıqlayıb. Sportline.az xəbər verir ki, seçməmiz bu dəfəki siyahıda xeyli irəliləyib. Aktivinə əlavə 53 xal yazdıran komandamız mövqeyini 11 pillə yaxşılaşdırıb. Hazırda Azərbaycan seçməsinin aktivində 439 xalı var.
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin də mövqeyində dəyişiklik var. Almaniya və San Marino yerlərini dəyişmədiyi halda, Şimali İrlandiya 2, Norveç 1 pillə geriləyib. Çexiya isə, irəliləməyi bacarıb.
Cədvəlin ilk onluğunda ciddi dəyişiklik nəzərə çarpmır. Yalnız Polşa bir pillə irəliləyərək, ilk onluğun yeni sakininə çevrilib. Polşalılar İspaniya ilə birlikdə 10-cu yeri bölüşürlər.
Millimizə ən yaxın komandalar
73 (73). Boliviya – 473
74 (78). Keniya – 463
75 (75). Birləşmiş Ərəb Əmirlikləri - 450
76 (87). Azərbaycan – 439
77 (80). Suriya – 436
77 (76). Trinidad Tobaqo – 436
79 (74). Yamayka – 435
İlk “onluq”
1 (1). Braziliya – 1715
2 (2). Argentina – 1626
3 (3). Almaniya – 1511
4 (4). Çili – 1422
5 (5). Kolumbiya – 1366
6 (6). Fransa – 1332
7 (7). Belçika – 1292
8 (8). Portuqaliya – 1267
9 (9). İsveçrə - 1263
10 (11). Polşa - 1198
10 (10). İspaniya – 1198
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1511
28 (26). Şimali İrlandiya - 837
44 (46). Çexiya - 690
87 (86). Norveç - 391
204 (204). San-Marino – 12