FİFA səs faizlərini açıqladı

FİFA "The Best" mükafatı üçün toplanan səs faizlərini açıqlayıb. SportLine.az xəbər verir ki, səsvermə prosesində millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər iştirak ediblər.

Nəticələrə gəlincə, mükafata sahib çıxan Kriştianu Ronaldu 43.19% səsə sahib çıxıb. Onu 19.25%-lə Lionle Messi izləyib. Neymarın hesabında isə 6.97% səs toplanıb.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.