“Filadelfiya” məğlub oldu

Bu mövsüm NBA-də çempionluğa əsas namizədlərdən sayılan “Filadelfiya Siksers” növbəti yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, “Filadelfiya” səfərdə “Orlando Məcik”ə 99:114 hesabı ilə məğlub olub.

Matçın ən məhsuldar basketbolçusu “Orlando Məcik”in oyunçusu Paolo Bançhero olub. 21 xal 6 ribaund 3 asist.

“Filadelfiya”nın ən məhsuldar oyunçusu isə Kelli Oubre olub. 17 xal 4 ribaund 2 asist.

Qeyd edək ki, “Filadelfiya”nın ulduz basketbolçusu Coel Embid matçda iştirak etməyib.