“Filadelfiya Siksers” “Bruklin Nets”i məğlub etdi

Bu mövsüm çempionluğa əsas namizədlərdən sayılan “Filadelfiya Siksers” yoxlama matçında “Bruklin Nets”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, “Filadelfiya Siksers” rəqibini 117:95 hesabı ilə məğlub edib.

Matçın ən məhsuldar basketbolçusu “Filadelfiya”nın oyunçusu Keli Oubre olub. 18 xal 2 ribaund 1 asist.

“Bruklin Nets”in ən məhsuldar oyunçusu isə Kam Tomas olub. 17 xal 1 ribaund 2 asist.

Qeyd edək ki, “Filadelfiya Siksers”in ulduz basketbolçusu Coel Embiid matçda iştirak etməyib.