“Fildalfiya Siksers”dən inamlı qələbə
Bu mövsüm çempionluğa əsas namizədlərdən sayılan “Filadelfiya Siksers” yoxlama matçında “Atlanta Houks”la qarşılaşıb.
Sportline.az xəbər verir ki, “Filadelfiya” səfərdə “Atlanta Houks”u 104:89 hesabı ilə məğlub edib.
Matçın ən məhsuldar basketbolçusu “Fildaelfiya”nın oyunçusu Tayler Maksey olub. 14 xal 2 ribaund 7 asist.
“Atlanta Houks”un ən məhsuldar oyunçusu isə Zakharine Risaçer olub. 14 xal 8 ribaund 1 asist.
Qeyd edək ki, “Atlanta Houks”un ulduz basketbolçusu Trey Younq 26 dəqiqə meydanda olub. 10 xal 3 ribaund 9 asistlə yadda qalıb.