"Qəbələ" və "Qarabağ" qalib gəldi
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, əvvəlcə meydana "İnter" və "Qəbələ" kollektivləri çıxacaq. Rəqiblər münasibətləri birincilərin meydanında aydınlaşdıracaqlar.
Digər matçda isə "Neftçi" "Qarabağ"ı qonaq edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "ağ-qaralar" meydana yalnız qələbə üçün çıxacaqlar. "Köhlən atlar" isə cavab oyunu üçün sərfəli nəticə qazanmaq niyyətindədirlər.
30 mart 2017
Azərbaycan Kuboku, yarımfinal (İlk oyunlar)
"İnter” – "Qəbələ” - 1:3
QOLLAR: Subotiç, 15/p. (0:1); Adrian Skarlatake, (1:1); Subotiç, 48 (1:2); Ozobiç,88/p. (1:3)
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
"İnter Arena”
"Neftçi” – "Qarabağ” - 0:2
QOLLAR: Muarem Muarem, 13 (0:1); Dino Ndlovu, 28 (0:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
8-ci km stadionu