"Fluminense" - "Çelsi": Heyətlərdəki son vəziyyət
Bu gün ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, “Fluminense” “Met Layf Stedyum”da “Çelsi” ilə qarşılaşacaq.
Brazilya klubu yarımfinala “İnter” və “Əl-Hilal”ni məğlub edərək gəlmişdisə, “Çelsi” “Benfika” və “Palmeyras” komandalarından üstün olmuşdu.
Heyətlərə nəzər saldıqda “Fluminense”də yeganə itki Otavionun adı ilə bağlıdır.
“Çelsi”də isə itkilərin sayı kifayət qədərdir. Benua Badiaşili, Ceymi Gittens, Omari Kelliman, Riz Ceyms və Vesliy Fofana zədə səbəbindən oyunu buraxmalı olacaq.
Görüşü fransalı hakim Fransua Leteksiye idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, yarımfınalın sabah keçiriləcək digər oyununda “Pari Sen-Jermen” və “Real Madrid” komandaları üz-üzə gələcəklər.