Fran Qarsiya "Real"dan ayrılacaq

“Real”ın futbolçusu Fran Qarsiyaya İngiltərənin “Bornmut” klubundan təklif var.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi gələn ilin yayında komandadan ayrıla bilər. “Real” yetirməsi daha çox forma şansı qazanmaq üçün ayrımağa müsbət yanaşır.

İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.