Fransa liqasından Rusiyaya qadağa

Fransa Peşəkar Futbol Liqası Liqa -1-in Rusiya Federasiyasında yayımlanmasını qadağan edib.

Sportline.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

“LPF bu gündən etibarən Fransa çempionatının oyunlarının “Matç TV” kanalında yayımlanması ilə müqaviləni dayandırır” – deyə açıqlamada qeyd olunub.

Qurum Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu qərarı verib.