Fransa millisi təhlükə ilə üzləşib
Fransa millisi Avropa çempionatında qapıçı Mik Menyanın xidmətindən məhrum ola bilər.
Sportline.az xəbər verir ki, 28 yaşlı qolkiper zədə səbəbindən heyətdən kənarda qalmaq təhlükəsi ilə üzləşib.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.
Milanın futbolçusunun sol əlindəki zədədən əziyyət çəkdiyi bildirilir.
Onun vəziyyətinə bir həftədən sonra tam aydınlıq gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Avropa çempionatına iyunun 14-də start veriləcək.