Frenki De Yonq karyerasını İngiltərədə davam etdirə bilər
"Liverpul"un əsas transfer hədəfi bəlli olub.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq "Liverpul"un maraq dairəsinə düşüb.
27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, "Barselona" De Yonqu satmağa razıdır.