"Fulhem" "Şaxtyor"a 40 milyon avro ödəməyə hazırdır
"Fulhem" "Şaxtyor"un brazilyalı futbolçusu Kevini transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün "Şaxtyor"a 40 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin dekabr ayına qədərdir.
Qeyd edək ki, Kevin bu mövsüm meydana çıxdığı 3 matçda 4 qol 2 asistlə yadda qalıb.