Futbol tarixinin ən məhsuldar 10 futbolçusu
Rec Sport Soccer Statistika Fondu futbol tarixinin ən məhsuldar 10 futbolçusunun siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, cədvəl hazırlanarkən yalnız rəsmi oyunlarda vurulan qollar nəzərə alınıb. Buna görə, 1000 qol həddini keçən futbolçular kimi qəbul olunan Pele və Romarionun bəzi qolları hesaba alınmayıb. Zirvədə isə çexiyalı Yozef Bikan qərarlaşıb.
| YER | FUTBOLÇU | QOL SAYI | OYUN SAYI | ORTA HESABLA | İLLƏR |
| 1. | Yozef Bikan (Çexiya) | 805 | 530 | 1.52 | 1931-1956 |
| 2. | Romario (Braziliya) | 772 | 994 | 0.78 | 1985-2007 |
| 3. | Pele (Braziliya) | 767 | 831 | 0.92 | 1957-1977 |
| 4. | Ferents Puşkaş (Macarıstan) | 746 | 754 | 0.99 | 1943-1966 |
| 5. | Gerd Müller (Almaniya) | 735 | 793 | 0.93 | 1962-1981 |
| 6. | Kriştianu Ronaldu (Portuqaliya) | 618 | 891 | 0.69 | 2001-h.h. |
| 7. | Lionel Messi (Argentina) | 592 | 755 | 0.78 | 2003-h.h. |
| 8. | Ferents Dik (Macarıstan) | 576 | - | - | 1940-1957 |
| 9-10. | Uve Zeler (Almaniya) | 575 | - | - | 1953-1978 |
| 9-10. | Tulio Maravilya (Braziliya) | 575 | - | - | 1988-2012 |