Futbolçu azarkeşlə əlbəyaxa oldu
Futbol meydanlarında nadir hallarda futbolçu ilə azarkeşi davasına rast gəlinir. Sportline.az xəbər verir ki, belə hadisələrdən biri İspaniyada yaşanıb. “Andorra” ilə “El-Prat” komandalarının aşağı yaş qruplarını görüşündə qırmızı vərəqə alan oyunçulardan biri meydanı tərk edərkən azarkeşin təhqiri ilə üzləşib. Buna dözə bilməyən futbolçu həmin fanatın üzərinə şığıyıb və komanda yoldaşları ilə birlikdə onu yumruqlayıb. Yalnız digər komandanın üzvləri və valideynlərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.