"Futbolçular dost olmağa məcbur deyil"
PSJ-nin futbolçusu Kilian Mbappe öz statusu haqqında fikrini bildirib.
Sportline.az xəbər verir ki, bununla bağlı o, "Esquire"yə açıqlamasında deyib:
"Özümü ulduz hesab edirəm? Məncə, bəli. Bir insanın siması bütün şəhərdə və dünyada rast gəlinirsə, bu belədir. Ulduz olmaq status məsələsidir, amma məni digərlərindən daha yaxşı etmir.
Yüksək səviyyəli futbolda heç kim sizə endirim etməz və ya nəyəsə qadir olduğunuzu deməz. Özünüzü kim olduğunuza inandırmalısınız. Eqo və özünü sevmək ulduzların şıltaqlığı deyil. "Mən ən yaxşıyam" demək istəyi üçün mümkün olan hər şeyi idirik.
Oyunçular dost olmağa məcburdurlar? Xeyr. Necə ki, çörəkçiyə başqa çörəkçilərlə dostluq etmək lazım deyil. Qələbə qazanmaq üçün komanda yoldaşlarınızla hər gün nahar etmək məcburiyyətində deyilsiniz".