Futbolçumuz turun rəmzi komandasında
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva yenidən Rusiya çempionatında uğurlu çıxışı ilə fərqlənib.
Sportline.az xəbər verir ki, müdafiəçi "Zenit"in səfərdə "Rubin"ə 3:1 hesabı ilə qalib gəlməsində mühüm rol oynayıb.
Nəticədə o, 17-ci turun rəmzi komandasına düşüb.
Qeyd edək ki, Mirzəliyeva bundan əvvəl 10 və 13-cü turlarda da həftənin ən yaxşılarından biri olub.