Futbolçumuz Ukrayna klubu ilə anlaşdı

Ukrayna futbolunun yetirməsi olan, azərbaycanlı futbolçu Eldar Quliyev “Mariopol”dan ayrılıb.

Sportline.az xəbər verir ki, o, karyerasını Ukraynanın digər klubunda davam etdirəcək.

Həmyerlimiz Premyer Liqanın digər təmsilçisi “Minay”la anlaşıb.

Yarımmüdafiəçi yeni mövsümdən millimizin forvardı Rüstəm Əhmədzadə ilə birlikdə çıxış edəcək.