Bir futbolçumuz "Şaxtyor"un qələbəsinə mane oldu, digərini yerə yıxdılar

Ukrayna Premyer Liqasının VI turunda azərbaycanlı futbolçular - Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin şərəfini qoruduğu "Minay" öz meydanında Donetsk "Şaxtyor"unu qəbul edib.

Sportline.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin yeganə qolunu Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə vurub. 20 yaşlı mərkəz hücumçusu matçın 76-cı dəqiqəsində rəqib qapısına yol tapıb.

Eldar Quliyev isə matçın sonlarında kobud oyuna görə qırmızı vərəqə alıb. Hətta etdiyi hərəkətə görə onu rəqib futbolçu yer yıxıb.