Fyuri - Nqannu revanşı olacaq
Boks üzrə dünya çempionu Tayson Fyuri ilə MMA döyüşçüsü Frensis Nqannu arasında revanş döyüşü təşkil olunacaq.
Sportline.az xəbər verir ki, bu haqda Fyurinin maraqlarını təmsil edən promouter Frank Uorren məlumat paylaşıb.
Onun sözlərinə görə, Tayson Fyuri bu döyüşün baş tutmasında maraqlıdır.
Eyni sözləri Nqannuya da aid etmək olar.
Xatırladaq ki, rəqiblər bu ilin oktyabrında rinqdə üz-üzə gəliblər.
Boks qaydalarına əsasən keçirilən döyüşdə Fyuri hakimlərin qərarı ilə qalib elan olunub.