Gehi üçün 5 nəhəng klubdan təklif var

"Kristal Pelas"ın ingiltərəli müdafiəçisi Mark Gehi üçün 5 nəhəng klubdan təklif var.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Bavariya", "Liverpul", "Barselona" və "Yuventus" 25 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

M.Gehinin transfer qiyməti 45 milyon avrodur. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, oyunçunun London klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.