Geryenin "Qarabağ"dan getməsindən xəbərsizdirlər
Haiti milli komandasının heyəti açıqlanıb.
Sportline.az xəbər verir ki, sentyabrda keçiriləcək yoldaşlıq oyunlarına çağırılan heyətdə “Qarabağ” və “Neftçi”də oynamış Donald Geryenin də adı var.
Bu ölkədən olan həmkarlarımız müdafiəçinin hələ də Azərbaycanda çıxış etdiyini düşünür. Elə bu üzdən də Donald qışda ayrıldığı “Qarabağ”ın futbolçusu kimi təqdim olunub.
Qeyd edək ki, Haiti yığması sentyabrın 1-də Bəhreyn, 4-də İordaniya ilə qarşılaşacaq.
