Gimnastlarımız Almaniyada iki qızıl medal qazanıblar
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.
Sportline.az xəbər verir ki, Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yeri tutub.
Onlar fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.