Gimnastlarımız iki medal qazanıblar

Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada keçirilmiş beynəlxalq "XIV Inna Cup" turnirində iki medal qazanıblar.

Federasiyanın mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub.

İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.