Güləş üzrə Rusiya çempionatında kütləvi dava

Sərbəst güləş üzrə Rusiya çempionatları qalmaqalsız ötüşmür. Sportline.az xəbər verir ki, İnquşetiya paytaxtı Nazranda keçirilən növbəti yarış da istisna olmayıb. Narazılıq yakutiyalı Viktor Rassadinlə krımlı Hacımurad Ömərovun görüşündən əvvəl başlanıb. Bu insident zamanı idmançılar zərər görməsələ də, qəzəbli azarkeşlər osetiyalı Zaurbəy Sidakovla dağıstanlı Məhəmmədhəmid Kadiməhəmmədov arasındakı görüşü yarımçıq saxlayıblar. Heç bir çağırışıa məhəl qoymayan azarkeşləri təhlükəsizlik xidməti əməkdaşları çətinliklə ayıra biliblər. Arenada asayişi bərpa olunduqdan sonra, görüş davam etdirilib və dağıstanlı güləşçi qələbə qazanıb. Qeyd edək ki, Rusiya çempionatında 45 bölgədən  400 idmançı mübarizə aparır.