Güləşçilərimiz Olimpiadaya belə hazırlaşırlar
Tokio Olimpiadasının startına bir ay qalır.
Sportline.az xəbər verir ki, iyunun 8-dən 13-dək Varşavada keçirilən "Poland Open" turnirində çıxış edən güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start veriblər.
Hər 3 güləş növü üzrə komandamız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşır. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.