Haaland fransalı futbolçu haqqında danışıb
“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland komanda yoldaşı Rayan Şerkinin son oyundakı performansından razı qalıb.
Sportline.az xəbər verir ki, norveçli forvard “Sky Sports”a açıqlamasında bildirib:
“Hamımız onun keyfiyyətlərini bilirik. İndi məqsəd hər kəsdən ən yaxşısını çıxarmaqdır! Bu gün mənə iki möhtəşəm asist etdi, ümid edirəm daha çoxu gələcək", - deyə Haaland bildirib.