Haci üçün futbol tarixinin ən möhtəşəm heyəti
Rumıniyanın "ProSport" qəzetinə müsahibə verən əfsanəvi futbolçu Giorgi Haci maraqlı açıqlamaları ilə diqqət çəkib. SportLine.az xəbər verir ki, əfsanəvi futbolçu, "Tarixin ən güclü heyətini qurmaq istəsəydiniz, həmin heyətdə kimlərə yer verərdiniz?" sualına cavab olaraq öz xəyali "11-liy"ini təqdim edib. Hacinin heyətində bu futbolçular yer alıb:
QAPIÇI: Taffarel (Braziliya)
MÜDAFİƏÇİLƏR: Maldini, Barezi (Hər ikisi İtaliya); Hierro (İspaniya); Jorjinyo (Braziliya)
YARIMMÜDAFİƏÇİLƏR: Quardiola (İspaniya); Maradona (Argentina); Zidan (Fransa); Fiqo (Portuqaliya)
HÜCUMÇULAR: Qullit, Van Basten (Hər ikisi Hollandiya)