Hakan Çalhanoğlu transferində son durum

Hakan Çalhanoğlunun "Qalatasaray"a transferi gündəmdədir.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin kapitanı karyerasını İstanbul nəhəngində davam etdirməkdə israrlıdır.

"Qalatasaray"la razılığa gəldiyi bildirilən futbolçu "İnter"dən cavab gözləyir.

Son günlər milanlılarla münasibətləri pozulan Hakanın son cavabı Türkiyədə gözlədiyi bildirilir.

Bodrumda ailəsi ilə birlikdə istirahətdə olan yarımmüdafiəçi eyni zamanda zədəsinin müalicəsi ilə məşğuldur.

Qeyd edək ki, "Qalatasaray" Çalhanoğlunun "İnter"də qazandığı illik 6,5 - 7 milyon avronu verməyə hazırdır. 

Qalır, yalnız klubların anlaşması. Məsələyə yaxın günlərdə tam aydınlıq gətiriləcək.