"Hall Siti"dən yeni transfer

"Cenoa"nın futbolçusu Bruk Norton-Kaffi karyerasını "Hall Siti"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

22 yaşlı sağ cinah müdafiəçisi 14 milyon avro qarşılığında "Hall Siti"yə keçib.

Qeyd edək ki, Bruk Norton-Kaffi bu mövsüm meydana çıxdığı 3 matçda 1 asistlə yadda qalıb.