Hans Flik “Barselona”dan ayrılacaq

İspaniya çempionu "Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu mövsümün sonunda Kataloniya klubundan ayrılmaq niyyətindədir.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, alman məşqçi bu barədə məşqçilər heyətinin üzvlərinə məlumat verib.

O, klub rəhbərliyi tərəfindən dəstəklənmədiyini hiss edir və bəzi oyunçularının münasibətindən də narazıdır.