Harri Keyn "Real"ın 3 "ulduzunu söndürə bilər"

Madrid "Real"ı "Totenhem"in hücumçusu Harri Keynin "ovuna çıxıb". Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, madridlilər İngiltərə millisinin forvardına görə 3 futbolçudan keçməyə hazırdırlar. Klub rəhbərliyi onun əvəzinə Qaret Beyl, Luka Modriç və Kərim Benzemanı Londona yola salmaq niyyətindədir. "Totenhem" isə Keynin transferi üçün 200 milyon avro tələb edir.