Harri Keyn Premyer Liqanın ən yaxşısı seçildi
"Totenhem"in hücumçusu Harri Keyn sentyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. Sportline.az xəbər verir ki, o, ötən ay keçirdiyi 4 oyunda rəqib qapılarına 6 qol vurub. Qeyd edək ki, bu ada Keynlə yanaşı Serxio Aquero, Kevin De Bröyne, Alvaro Morata və Romelu Lukaku kimi futbolçular da namizəd idi.