Harri Keyndən yeni tələb: Həftəlik nə qədər istəyir?

"Tottenhem"in ingiltərəli hücumçusu Harri Keyn (Harry Kane) müqaviləsini yeniləmək üçün klubla danışıqlar aparır.

Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, futbolçu klub rəhbərliyindən maaş artımı tələb edib. Məlumatda Keynin klubdan həftəlik 450 min funt sterliq tələb etdiyi bildirilir.

Xatırladaq ki, dünən futbolçu şəxsi "Twitter" səhifəsində bu yay komandadan ayrılmayacağını açıqlamışdı.