Harvi Eliyot London klubuna keçə bilər
"Liverpul"un ingiltərəli yarımmüdafiəçisi Harvi Eliyot "Vest Hem Yunayted"in maraq dairəsinə düşüb.
Sportline.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, London klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Eliyot "Liverpul"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Oyunçu daha çox oyanaya biləcəyi kluba transfer olmaq istəyir.
Bu səbəbdən 22 yaşlı futbolçu "Vest Hem"in təklifinə müsbət cavab verib.
Qeyd edək ki, "Liverpul" Eliyot transferindən 40 milyon avro qazanmaq niyyətindədir.