"Hatayspor" baş məşqçiylə bağlı yekun qərarını verib

"Hatayspor" klubu baş məşqçi Volkan Demirelin komandadan ayrılması ilə bağlı çıxan xəbərlər barədə açıqlama verib

Sportline.az Sporx.com-a istinadla bağlı xəbər verir ki, klub rəsmiləri Volkan Demirelin ayrılması ilə bağlı çıxan xəbərləri yalanlayaraq :" Volkanla uzun illər birliktə çalışmağı düşünürük. Yolları ayrımaqla bağlı danışıq olmayıb",-deyiblər.

Qeyd edək ki, Volkan Demirel "Beşiktaş"la görüşdə məğlub olduqdan sonra istefa verəcəyini demişdi.