"Hayduk" - "Zirə" oyununun hakimi bilindi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk" - "Zirə" matçının hakimləri müəyyənləşib.

Sportline.az xəbər verir ki,  italiyalı FIFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Komandaların ilk görüşü isə iyulun 23-də Bakıda olacaq.