Həbib Nurmaqomedov formada olduğunu göstərdi
Məşhur MMA ustası Həbib Nurmaqomedov ara sıra pərəstişkarlarını yeni fotoları ilə sevindirir.
Sportline.az xəbər verir ki, dağıstanlı idmançı sosial şəbəkədəki növbəti paylaşımında məşq rejimi ilə bağlı məlumat verib.
O, 90 kq şəki ilə məşq etdiyini bildirərərk, hələ də formada olduğunu göstərib.
Xatırladaq ki, peşəkar arenada keçirdiyi 29 döyüşün hamısında qələbə qazanan Həbib Nurmaqomedov UFC-nin sabiq çempionudur.
O, 2020-ci ildə karyerasını başa vurub.