Həbib Nurmaqomedovun hesablarına blok qoyuldu

UFC-nin sabiq çempionu Həbib Nurmaqomedovun vergi sistemi ilə problemləri davam edir.

Sportline.az xəbər verir ki, Rusiyanın Federal Vergi Xidməti məşhur idmançının iki təşkilatının hesabına məhdudiyyət qoyub.

Bu haqda "Mash" Teleqram-kanalında məlumat yayılıb.

Nurmaqomedovun nümayəndəsi avqustun 16-da vergi ilə bağlı bütün problemlərin aradan qaldırıldığını bildirmişdi.

Qeyd edək ki, idmançının FVX-yə 302 milyon rubl borcu olduğu deyilirdi.