“Hələlik yeni transferlər gözlənilmir”

"Barselona"nın prezidenti Joan Laporta jurnalistlərə müsahibəsində maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, Loparta müsahibəsində bu fikirləri səsləndirib;

"Əsasən, bu yay yeni satınalmalar olmayacaq. Bizim yaxşı heyətimiz var və baş məşqçi Hans-Diter Flik əsas komandanı ehtiyatdan olan oyunçularla gücləndirmək istəyir. Ona görə də hələlik yeni transferlər gözlənilmir", - deyə J.Laporta bildirib.