Həndbolçularımız "Batumi"yə qalib gəliblər
Gənc həndbolçulardan ibarət seçmə komandamız təlim-məşq toplanışını davam etdirir. Sportline.az-a Azərbaycan Həndbol Federasiyasından verilən xəbərə görə, həndbolçularımız hazırlıq çərçivəsində Gürcüstanın “Batumi” klubu ilə iki yoldaşlıq oyunu keçiriblər. “ABU Arena”da təşkil olunan hər iki matçda həndbolçularımız 31:27 və 35:30 hesabı ilə qalib gəliblər.
Yaxın günlərdə başa çatacaq təlim-məşq toplanışı, Bolqarıstanda, inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatına hazırlıq məqsədi daşıyır.