Həndbolçu qızlarımızın yarışı yekunlaşdı
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında həndbol üzrə seçmə yarış keçirilib.
Sportline.az xəbər verir ki, yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Turnirin yekunlarına görə, ən güclü divizionda birinci yeri sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası tutub. İkinci yerə Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin, üçüncü pilləyə isə Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbinin komandaları sahib olublar.
Yarış xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan idmançılar arasında xüsusi Olimpiya proqramına uyğun keçirilib.
Turnirdə 12 komandanın tərkibində 120 atlet mübarizə aparıb. Yarış 2022-ci ilin beynəlxalq turnirlərinə seçmə xarakteri daşıyır.