Henderson İngiltərəyə qayıdır

"Ayaks"dan azad agent kimi ayrılan Cordan Henderson yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportline.az "O Jogo" nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçu yetirməsi olduğu "Sanderlend" klubuna keçmək niyyətindədir.

35 yaşlı yarımmüdafiəçi maaşının azalmasınada razıdır.

Qeyd edək ki, "Sanderlend" yeni mövsümdən etibarən Premyer Liqada çıxış edəcək.