Heydər Əliyev kuboku uğrunda futbol turniri başlanıb
Naxçıvanda futbol üzrə Heydər Əliyev Kuboku turnirinə start verilib. Sportline.az xəbər verir ki, açılış matçında “Araz Naxçıvan”la “Mil-Muğan” (İmişli) qarşılaşıb.
Oyun “Mil-Muğan”ın 4:2 hesablı qələbəsi ilə nəticələnib. Günün ikinci matçında “Zaqatala” və MOİK (Bakı) klubları üz-üzə gəlib. Bu görüşdə MOİK 1:0 hesablı qalib gəlib.
“Araz Naxçıvan” 2-4 “Mil-Muğan”
(Nurlan Novruzov, 58 (p.); İlqar Ələkbərov, 72 // Ruslan Poladov, 14; Nicat Əsgərov, 15 (ö.q); Tofiq Mikayılov, 50(p.); Bayram Əliyev, 56)
“Zaqatala” 0-1 MOİK
(Rəhman Musayev, 16)