Hın Min Son Avropa futboluna qayıda bilər

"Los Anceles"də çıxış edən cənubi koreyalı hücumçusu Hın Min Son Avropa futboluna qayıtmaq istəyir.

Sportline.az xəbər verir ki, "Barselona" və "Milan" 33 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Bu haqda "Evening Standard" nəşri məlumat yayıb.

Qeyd edək ki, Hın Min Son bu mövsüm meydana çıxdığı 12 matçda 10 qol, 4 asistlə yadda qalıb.