Hollandiya seçməsi baş məşqçisiz qaldı

Hollandiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Danni Blindi istefaya göndərib. SportLine.az xəbər verir ki, DÇ-2018-in təsnifat mərhələsində Bolqarıstana məğlubiyyətdən sonra federasiya bu qərarı qəbul edib.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2015-ci ildən Hollandiya millisini çalışdırırdı. 

Əlavə edək ki, DÇ-2018-in seçmə mərhələsində "A" qrupunda mübarizə aparan "narıncılar" 4-cü yerdə qərarlaşıb.