Hondanın həmyerlisi "Arsenal"da
"Boloniya"nın yaponiyalı müdafiəçisi Takehiro Tomiyasunun (Takehiro Tomiyasu) "Arsenal" klubuna keçidi reallaşmaq üzrədir.
Sportline.az xəbər verir ki, məlumatı idman jurnalisiti Nikolo Skira yayıb.
Onun yazdığına görə, yaxın bir neçə gün ərzində imzalanacaq müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Transfer "topçular"a 20 milyon avroya başa gəlib.
22 yaşlı futbolçu ilinə 2,5 milyon avro qazanacaq.
Xatırladaq ki, Tomiyasu 2019-cu ildən "Boloniya"da forma geyir və 60 oyuna 3 qolla yadda qalıb.