"Hücumçu mövsümdə 30 qol vurmalıdır" - Qriqorçuk

"Qəbələ" - "Qarabağ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlər önünə çıxıb.

SportLine.az xəbər verir ki, mütəxəssis qələbəni və komandanın göstərdiyi oyunu dəyərləndirib:

"Oyundan və nəticədən narazı qala bilmərəm. Çox ciddi rəqibə qalib gəldik. Yetirmələrim çox yaxşı çıxış etdilər. Onların haqqında ayrıca danışa bilmərəm. Biz bütöv komanda kimi qələbə qazandıq. Futbolda azarkeşlərin böyük rolu var. Gözəl meydanda onların dəstəyini tam hiss etdik. Hakimlik də qüsursuz idi. Arzu edərdim ki, azarkeşlər də, hakimlər də bu günkü kimi olsun.
 

Başa düşürəm ki, vacib qələbə qazanmışıq. Amma əsas tapşırıq hələ irəlidədi. Əsas qələbəni qazanmaq üçün bizi ciddi mübarizə, çətin sınaqlar gözləyir.

Oyunçularımda hansısa aqressiya yox idi. Onlar əsl peşəkar kimi davrandılar. Sadəcə, onlar oyunun əhəmiyyətini başa düşürdülər və meydanda can qoyurdular. 

Rəqibləri müqayisə etmirəm. Bu düzgün deyil. 

Arazı əvvəlki formasına qaytarmaqla bağlı nəsə deməyim çətindi. Onu siz necə təsəvvür edirsiz bilmirəm. Amma bizə qoşulduqdan sonra Arazda müsbət tendensiya müşahidə edirəm.

Hakimlərə üzbəüz irad bildirmək mənim işim deyil, amma futbolçularımın səhvlərini özünə deyirəm. Hücumçu mövsümdə 30 qol vurmalıdı, vura bilmirsə, deməli, nəyisə düzgün etməyib. Bununla belə vura bilmirsə, onların üzərinə çox da getmək olmaz. Çempion olsaq, jurnalistləri qonaq çağıracam.

Suraxanıdakı məğlubiyətdən sonra burdan getmək istəyirəm deməmişdim. Hisslərimi ifadə etmişdim ki, burda olmaq, bunları görmək istəmirəm. Məsuliyətimi dərk edirəm və işimin başındayam".

Banner