NBA-da uzaqlaşdırma cəzası

"Hyuston Rokets" və "Yuta Cazz"ın basketbolçusu 1 oyunluq cəzalandırılıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hər iki komandanın oyunçusu görüş zamanı dalaşdıqları üçün 1 oyunluq uzaqlaşdırma ilə cəzalandırılıblar. 

Söhbət "Hyuston Rokets"in basketbolçusu Cabari Smit və "Yuta Cazz"ın oyunçusu Kris Dunnadan gedir.

Onlar görüş əsnasında bir-biri ilə dalaşdıqları üçün meydançadan uzaqlaşdırılıblar.