I Divizionda ilk turun başlama vaxtı

Futbol üzrə Azərbaycan I Divizionda 2021/2022 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, turun görüşləri iki günü əhatə edəcək. Üç matç sentyabrın 14-də, qalan 3 oyun isə 15-də keçiriləcək.


14 sentyabr (çərşənbə axşamı)

“Kəpəz” – “Qəbələ-2”
Gəncə şəhər stadionu, 16:30

“Neftçi-2” – “Sabah-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 17:00

“Keşlə-2” – “Zaqatala”
“ASK Arena”, 18:30

15 sentyabr (çərşənbə)

“Turan Tovuz” – MOİK
Tovuz şəhər stadionu, 16:30

“Sumqayıt-2” - “Qaradağ Lökbatan”
“Kapital Bank Arena” (ehtiyat meydança), 16:30

“Səbail-2” – “Zirə-2”
“ASCO Arena”, 18:30